İnsanlara hürriyət, millətlərə istiqlal!

Karen Bekaryan: Qərb öz maraqlarını güdür, Ermənistanın taleyi onu maraqlandırmır

508 28.03.2024 14:34 Dünya A A

 

“Qərbə Ermənistan və Azərbaycanın tez bir zamanda “sülh müqaviləsi” bağlaması lazımdır, lakin bunun hansı Ermənistan əraziləri hesabına baş verəcəyi onun üçün heç də maraqlı deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə yerli analitik Karen tərəfindən səslənib.

Onun sözlərinə görə, Qərbin motivasiyası daha aydındır: onun məqsədi Rusiya Federasiyasının regionda təsirini minimuma və hətta mümkünsə, sıfıra endirməkdir.

“Bunun üçün nə lazımdır? Münaqişə olmaması. Münaqişənin olmamasının hansı nəticələrə gətirib çıxaracağı Qərb üçün önəmli deyil, onun üçün bu, qırmızı xətt deyil.

Növbəti mərhələdə Qərb qarşısına vəzifə qoyacaq: Ermənistanın Türkiyə ilə heç bir münaqişə vəziyyəti olmamalıdır. O zaman Türkiyə zorla nəyi tətbiq edəcək? İndikindən daha sərt mənzərəmiz olacaq. Axı Azərbaycandan fərqli olaraq, Türkiyə NATO-nun üzvü və onların regiondakı əsas tərəfdaşıdır”, - deyə Bekaryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR