İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadalı milyarder və həyat yoldaşı kəndirlə boğularaq öldürülüb

1538 18.12.2017 21:30 Dünya A A

Kanadalı milyarder Bernard Şermanı və həyat yoldaşı Hanini kəndirlə boğaraq öldürüblər.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu nəticə polisin rəsmi məlumatında yer alıb.

Dekabrın 16-da Şerman və həyat yoldaşının Toronto şəhərindəki evlərinin zirzəmisində ölmüş vəziyyətdə tapılması ilə bağlı informasiya yayılmışdı. Hadisə yerinə ilkin baxış zamanı, evə zorla daxilolma izlərinə rast gəlinməsə də, polis “Apotex” əczaçılıq kompaniyasının banisinin ölümündə şübhəli məqamlar olduğunu bildirmişdi.

Xatırladaq ki, Bernard Şermanın 75, həyat yoldaşının isə 70 yaşı vardı. Şerman “Apotex” korporasiyasının əsasını 1974-cü ildə qoyub. Kompaniyanın məhsulları dünyanın 115 ölkəsinə ixrac edilir. Kanadanın ən varlı insanları arasında 15-ci yerdə qərarlaşan Şermanın varidatı üç milyard dollardan artıq qiymətləndirilir. Kompaniyanın əməkdaşları onu ölkə və cəmiyyət üçün çox işlər görmüş gözəl insan kimi səciyyələndirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR