İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya və İspaniya yığmaları AVRO-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıblar

1266 24.03.2019 09:37 İdman A A

AVRO-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulub.

ONA-nın məlumatına görə, D, F və J qruplarında mübarizəyə start verilib.

Bu qruplarda ümumilikdə 8 oyun keçirilib. Qonaqlar D qrupunda baş tutan hər iki matçda qələbə qazanıblar. İsveçrə Gürcüstanda, İrlandiya isə ciddi müqavimətlə üzləşdiyi Cəbəllütariqdə qalib gəlməyi bacarıb.

F qrupunda isə bunun əksi yaşanıb. Bütün oyunlarda meydan sahibləri üç xal əldə ediblər. Maraqlıdır ki, qarşılaşmalarda eyni hesab qeydə alınıb. İsveç Rumıniya ilə görüşdə çətin, eyni zamanda vacib qələbə qazanıb. Malta isə tarixində 6-cı, son altı ildə ilk dəfə seçmə oyununda qalib gəlib. 205-ci belə matçına çıxan komanda Farer adalarını 2:1 hesabı ilə yenib. Qrupun favoriti İspaniya isə Norveçlə görüşdə çətinliklə üç xal qazanıb.

J qrupunda da üç matç keçirilib. İtaliya öz meydanında Finlandiyanı üstələyib. Bosniya və Herseqovina isə Ermənistana qalib gəlib. Səfərdə Lixtenşteynlə qarşılaşan Yunanıstan da seçmə mərhələyə qələbə ilə start verib.

Qeyd edək ki, bu gün seçmə mərhələnin II turuna start veriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
23 mart

D qrupu
18:00. Gürcüstan – İsveçrə - 0:2
Qollar: Zuber, 57, Zakaria, 80
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Tbilisi. Boris Payçadze “Dinamo” stadionu

21:00. Cəbəllütariq – İrlandiya – 0:1
Qol: Hendrik, 49
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
Cəbəllütariq. “Viktoriya” stadionu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR