İnsanlara hürriyət, millətlərə istiqlal!

İSTİQLALÇI YOX, YAP-çı MƏRYƏM HƏSƏNOVA...

4827 19.10.2011 09:18 Siyasət A A
Açıqlanan siyahıda Məryəm Həsənovanın adını görənlər redaksiyamıza telefon açıb gözaydınlığı verirdi. Onlar hesab edirdi ki, mükafatlandırılan Müsavat Partiyasının Məclis üzvü, hazırda Siyəzən rayonunda yaşayan, 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı çıxan 43 nəfərdən biri, istiqlalçı deputat Məryəm Həsənovadır. Bəziləri əslində M.Həsənovaya “Tərəqqi” yox, “İstiqlal” ordeninin verilməsini zəruri saysa da, hər halda bu addımı hakimiyyətin istiqlalçılara münasibətdə buzun sınmasının əlaməti hesab edirdi.
Xəbərlə bağlı Müsavat başqanı İsa Qəmbər və Məclis sədri Arzu Səmədbəyliyə zəng etdik. Ancaq onlar məsələdən xəbərsiz olduqlarını dedilər.
Müsavat Partiyasının Siyəzən rayon təşkilatının rəhbərliyi ilə əlaqə saxladıqda isə sevindiyimizə peşman olduq. Sən demə, mükafatlandırılan istiqlalçı xanım deputat deyilmiş. Belə ki, “Tərəqqi” medalına layiq görülən Məryəm Həsənova Məhəmməd qızıdır. Müsavatın 73 yaşlı Məclis üzvünün atası isə Mirdaməddir. Mükafatlandırılan isə YAP üzvüdür.
Çox təəssüf...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR