İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bu gün nə QƏRAR VERƏCƏK? – Kamran Həsənli danışır

543 15.04.2024 16:00 Ölkə A A

İsrail hakimiyyəti İranın hücumuna cavab vermək üçün geniş imkanları araşdırır. Tezliklə qərar veriləcək.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Piter Lerner bildirib.

Onun sözlərinə görə, hərbçilər İrana raket hücumuna cavab vermək üçün geniş imkanlar təqdim ediblər. İsrailin cavabı hərbi zərbə şəklində ola bilər, olmaya da bilər. P.Lernerin sözlərinə görə, hər iki variantda bir çox fərqli ssenarilər var.

Ölkə hökuməti növbəti addımlar barədə aprelin 15-də və ya yaxın günlərdə qərar verəcək.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran yüzlərlə PUA və raketlərdən istifadə etməklə İsrailə kütləvi hücum edib. Hücumdan sonra İsrail demək olar ki, bütün hava hədəflərinin vurulduğunu və hücumdan dəyən zərərin az olduğunu bildirib.

Tehran isə hücumu uğurlu adlandırıb və İsrailə cavab addımı atmaması barədə xəbərdarlıq edib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR