İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı toqquşmalarda xəsarət alan 9 nəfər xəstəxanadadır

621 23.04.2018 03:16 Dünya A A

İrəvanda keçirilən etiraz aksiyaları zamanı xəsarət almış 9 nümayişçi şəhər xəstəxanalarında müalicəsini davam etdirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda İrəvan xəstəxanalarında 9 zərərçəkmiş müalicəsini davam etdirir. Onlardan 7-si bazar günü xəstəxanaya yerləşdirilib. Pasientlərdən biri yaxın saatlarda evə buraxılacaq", - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, 6 nəfərin vəziyyəti qənaətbəxşdir, üç nəfərinki isə orta-ağırdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR