İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan seçkiləri bitdi: Paşinyanın alyansı qalib gəldi

1947 24.09.2018 10:05 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.

Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb.

Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 siqnalın daxil olduğunu açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR