İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan kimin qələbəsini istəyir: Moskvanın, yoxsa...

1122 07.03.2022 13:27 Yazarlar A A

Demək olmaz ki, keçmiş prezident Armen Sarkisyan Paşinyan hakimiyyəti və məxməri inqilab üçün bir nömrəli problem idi. Onu son günlərədək S.Sarqsynaın kadrı hesab etsələr də, o, hələ inqilabın ilk günlərində göstərə bildi ki, tamam müstəqil adamdır.

Amma bu da ona kömək eləmədi. İnqilabın ilk günlərindən şayiələr başladı ki, Sarkisyanı birinci prezident Levon Ter-Petrosyan əvəz edəcək. Hətta sonuncu bəyan edəndən sonra ki, yetmiş yaşından sonra siyasi planlar qurmaq fikrində deyil, şaiyələr yenə də səngimədi...

İndi bunlar hamısı tamam arxadadır. Ötən həftə Ermənistanın beşinci prezidenti seçildi və o, hakim koalisiyanın təmsilçisi V.Xaçaturyan oldu. Bir çoxları düşünür ki, Nikol Paşinyan artıq sakit ola bilər, çünki prezident olimpində də onun adamı qərar tutubdur, hərçənd, Xaçaturyan hazırki baş nazirdən məsafə saxlamağa can atır.

Ona görə də keçmiş prezidentlər Koçaryanı və Sarqsyanı nəzərə almasaq, demək olar ki, Paşinyan hakimiyyət yolunda bütün maneələri dəf edə bilib.

Ədalət naminə demək lazımdır o, bunları demokratik yollarla, seçki vasitəsilə edibdi. Qeyd edək ki, yeni prezidentin seçilməsi də iki tura baş verdi, baxmayaraq Xaçaturyan bu posta yeganə namizəd idi.
Amma oxucunu güman ki, başqa məsələ düşündürür. Bu da Ermənistanın Ukrayna hadisələri fonundakı siyasətidir. Dərhal qeyd edək ki, Paşinyan çox hiyləgər adamdır. Ürəyində o, Rusiyaya qarşıdır – bəli, nahaq yerə onu və tərəfdaşlarını Rusiyada “Sorosun balaları” adlandırmırdılar.

Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra onu Moskva ilə çox az şey birləşdirir.
Amma Paşinyan Kremlin cəzasından qorxur və ehtiyat edir. Ona görə də özünü bir rusiyapərəst siyasətçi kimi göstərir.

Ukrayna hadisələrinə də o, rəsmən Rusiya prizmasından baxır. Amma bu haqda ucadan danışmır. Təəccüblüdür ki, ermənilər yalnız bu yaxınlarda bir dəfə sükutu pozdular. Bu da Rusiya–Ukrayna müharibəsi ərəfəsində oldu. Rəsmi İrəvan Belarus prezidentinin bir bəyanatına reaksiya verdi və bu, da o idi ki, Aleksandr Lukaşenko demişdi ki, tezliklə İttifaq bərpa olunacaq və Ermənistan da orada olacaq, çünki o, heç kimə gərək deyil!

Beləliklə, Rusiya – Ukrayna müharibəsi hətta Cənubi Qafqazın da geosiyasi müstəvisini polyarizasiya edib. Azərbaycan və Gürcüstan Ukraynanı müdafiə edir, Ermənistan isə susur. Amma sükut heç də həmişə razılıq əlaməti deyil. Bu indi də özünü göstərir – İrəvan sadəcə ona görə susur ki, Kremlin qəzəbindən qorxur. Amma bu yeganə səbəb deyil. Ermənistan özü üçün Azərbaycanla Rusiyanın yaxınlaşmasını təhlükə və təhdid hesab edir. Bəli, bu günlərdə Bakı ilə Moskva arasında imzalanmış müttəfiqlik sazişi İrəvan üçün “soyuq vanna” oldu.

Əvvəlki yazılarda Rusiya - Ukrayna müharibəsinin mümkün nəticələrini analiz etməyə çalışmışdıq. Ermənistan artıq Avrasiya Birliyinin və KTMT-nın üzvüdür və buna görə də Rusiyanın mümkün qələbəsi onun Moskva ilə əlaqələrini bir az da gücləndirəcəkdir.

Rusiya məğlub olsa, əks mənzərini müşahidə edəcəyik. Amma Ermənistanı Rusiya ilə həm də Dağlıq Qarabağ problemi birləşdirir. Hərçənd, İrəvanda təkcə Qarabağ müharibəsindən yox, həm də Rusiya – Ukrayna müharibəsindən nəticə çıxara bilərdilər.

Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri var və Moskva uduzarsa, onlar Cənubi Qafqazda güclənəcəklər. Burada xüsusən də qardaş Ankaranı qeyd etmək lazımdır, çünki bizim Türkiyə ilə Şuşa sazişimiz vardır, hansı ki, bizim təhlükəsizliyimizin və suverenliyimizin əlavə təminatı kimi çıxış edir.
Ona görə də bütün bunları ümumiləşdirərək demək olar ki, İrəvanda əslində Rusiyanın güclənməsini istəmirlər, amma alternativ situasiyalara da hazır deyillər.

Aydın məsələdir ki, Nikol Paşinyan Rusiyanın adamı deyil, amma yetərincə vaxt keçsə də hələ də özü üçün adekvat ünvan və ya yarlıq da (rusiyapərəst və ya qərbpərəst) tapa bilməyib...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR