İnsanlara hürriyət, millətlərə istiqlal!

Krediti ödəməyənlərin cəzası ağırlaşdı - VİDEO

4533 07.05.2016 21:30 İqtisadiyyat A A
Kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırıldı. Cinayət Məcəlləsinin 20-dən artıq maddəsinə edilmiş dəyişikliklərdən biri də kreditor borclarla bağlıdır. Dövlət iş adamlarının sahibkarlıq fəaliyyəti ilə daha rahat məşğul olmaları üçün şans yaratdı.

Təşkilat rəhbəri və ya vətəndaşın qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, qəsdən müflisləşmə və digər hüquqpozmalara görə vurduğu ziyanın miqdarı min manatdan artıq olduqda o cinayət məsuliyyətinə cəlb olunurdu. Yeni dəyişikliklərə əsasən bu məbləğ əhəmiyyətli dərəcədə artırlıb.

Külli miqdar həddi yüz min manatla müəyyən olunub. Millət vəkilinin sözlərinə görə, sanksiyalarda konkret məbləğlər deyil, vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilib. Xeyli miqdarla bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir.

Qanun cari ilin 1 iyundan qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər. 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR