İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü nazir: “SOCAR bizi təbii qazla təmin edərsə, Rusiyadan asılılığımız olmaz”

649 20.01.2017 01:27 İqtisadiyyat A A
Azərbaycan bizi kifayət qədər təbii qazla təmin edərsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Qaxaria “Qazprom”la bağlanan yeni müqaviləyə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, Gürcüstanın Rusiya ilə qaz almaq barədə heç bir öhdəliyi yoxdur: “Bu, çox prinsipial bir fikirdir. Əgər Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanın SOCAR şirkəti bizi kifayət qədər təbii qazla təmin edərsə, onda  Rusiyadan asılılığımız sıfıra bərabər olar”, - deyə nazir qeyd edib.
 
Nazir artıq Gürcüstanın “Qazprom”la müqavilə imzaladığını bildirib: “Gürcüstanın “Qazprom”dan qaz almaq öhdəliyi yoxdur. Bu, çox prinsipial bir işdir. Bizim kommersiya qiymətimiz var. Bu gün biz hər hansı öhdəlikdən asılı olmayaraq kommersiya qiymətinə qaz ala bilərik. Yenə qeyd edirəm ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır və SOCAR şirkəti bizi kifayət qədər təbii qazla təmin edərsə,   Rusiyadan asılılığımız sıfıra bərabər olar”, - deyə nazir vurğulayıb.
 
Qeyd edək ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana tranzit olunan qazın müqabilində ümumi həcmin 10 faizi qədər “Qazpromdan” qaz alırdı. Ötən həftə isə bu qazın müqabilində Gürcüstan tərəfi "Qazprom" şirkətindən pul kompensasiyası alacağı məlum olub. Yeni razılaşma müqaviləsi iki illik olacaq və müqavilənin birinci ilində təbii qaz qismən veriləcək,  ikinci ildə isə tranzit haqqı pulla  ödəniləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR