İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb

1229 21.01.2017 17:22 İqtisadiyyat A A
2016-cı ildə Azərbaycanda Türkiyədən uşaq geyimlərinin idxalı öncəki ilin göstəricisi ilə müqayisədə 55,35 dəfə artıb. 

Trend-in məlumatına görə, bu barədə Türkiyədən hazır geyimlərin idxalı ittifaqının hesabatında qeyd olunub.

Ötən il Türkiyədən Azərbaycana ümumilikdə 1,716 milyon dollar dəyərində uşaq geyimi idxal edilib ki, bunula da Azərbaycan Türkiyədən uşaq geyimləri idxal edən ölkələr arasında 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, 2015-ci ildə bu rəqəm 31 min dollar olub.

Həmin siyahıda ilk yerdə İran, ikinci yerdə isə Yunanıstan qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR