İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhamə Quliyevanın oğlu azadlığa çıxdı: O, dələduzluğa görə həbs edilmişdi

1795 11.12.2018 16:37 Kriminal A A

İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Orxan Nadirov 1000 manat cərimələnərək, məhkəmə zalından azadlığa buraxılıb.

Orxan Nadirov bir neçə Türkiyə vətəndaşına qarşı dələduzluq edib.

O, həmin şəxslərdən Azərbaycanda rəsmi sənədlərin hazırlanması üçün pul alıb. Lakin həmin şəxsləri aldadıb.

Bildirək ki, Orxan Nadirovun adı bir neçə məhkəmə işində keçib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR