İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar “Olimpiya stadionu”nda millimizə “toy tutdu” (FOTOLAR)

2972 23.02.2016 22:23 İdman A A
Bakıda baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Rusiya ilə qarşılaşıb.
 
Təlim-məşq toplanışı keçmək üçün ölkəmizə gələn Rusiya komandası ilə iki gündən sonra da üz-üzə gələcək yığmamız bu gün Bakı Olimpiya Stadionuna çıxıb.
 
Azərbaycanın ən böyük idman qurğusunda oynanılan matç rusların böyükhesablı qələbəsi ilə nəticələnib. Belə ki, şimal qonşularımızın 5 qoluna yığmamız cəmi 1 topla cavab verib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR