İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublika Velotreki yeni görkəmdə - FOTO

3208 11.04.2015 20:07 İdman A A
 Bakı Metropoliteninin "20 yanvar" stansiyası yaxınlığındakı Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmaq üzrədir. Bu barədə "Report"un əməkdaşını idman qurğusu ilə yaxından tanış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.

O bildirib ki, işlərə başlanılmamışdan öncə Velotrek çox bərbad vəziyyətdə olub, ərazinin böyük hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib. Hazırda isə idman qurğusunda yarış məkanı yaxınlıqdakı ticarət mərkəzindən hasarla ayrılıb. Bura trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunacaq. Habelə tribuna da qurulub.

Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir. Digər qatlarda AVİF-in ofisi, konfrans zalı və digər yardımçı otaqlar da yerləşəcək.

Velotrekin girişində isə velosiped satışı və icarəsi üçün mağaza, eləcə də insanların istirahəti üçün kafe fəaliyyət göstərəcək. S.Ələkbərov idman qurğusunun mayın əvvəllərində istifadəyə veriləcəyini əlavə edib.

Qeyd edək ki, Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR