İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” Arda Turanla bağlı qərarını açıqlayıb

5667 18.01.2017 11:58 İdman A A
“Barselona” rəhbərliyi türkiyəli futbolçu Arda Turanla bağlı qərarını açıqlayıb. 

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kataloniyalılar yarımmüdafiəçinin Çin klubuna keçidinə razılıq verməyiblər.
 
Məsələ burasındadı ki, “Quançjou Everqrand” klubu 30 yaşlı oyunçuya 3 illik müqavilə və ilinə 30 milyon avro maaş təklif etmişdi. Futbolçunun ilkin razılığını alan çinlilər “Barsa”ya bu keçid müqabilində 30 milyon avro təklif ediblər. Lakin Türkiyə millisinin kapitanını 41 milyon avroya transfer edən İspaniya nəhəngi onun bundan aşağı məbləğə satılmayacağını bəyan edib.
 
Qeyd edək ki, Arda Turan bu mövsüm meydana çıxdığı 22 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR