İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub

442 14.01.2017 04:13 İdman A A

Argentina Futbol Assosiasiyası yüksək liqada çıxış edən 14 kluba transfer qadağası qoyub. 

"Report"un məlumatına görə, bu barədə dünən qərar qəbul olunub.

Klublar assosiasiyaya olan borclarına görə cəzalanıb. Ümumilikdə siyahıda 16 klubun adı yer alıb. Qurumdan bildirilib ki, digər iki kluba borclarını ödəmək üçün vaxt verilib.

Cəzaya məruz qalanlar "İndependyente", "San_lorenso", "Arsenal", "Urakan", "Estudiantes", "Himnasiya və Esgrima", "Lanus", "Nyuells Old Boyz", "San-Martin", "Kilmes", "Veles Sarsfild", "Olimpi", "Banfild" və "Kolon" klublarıdır.

Xatırladaq ki, Argentina Premyer Divizionunda 30 komanda çıxış edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR