İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri ilə görüşüb

601 12.04.2024 15:07 Siyasət A A

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə o, "X"də paylaşım edib.

"Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm", - paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR