İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmkəndlisinə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

357 11.12.2018 21:36 Kriminal A A

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə qarşı soyğunçuluq edərək onun 540 manat dəyərində olan mobil telefonunu açıq talama yolu əldə edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan musavat.com-a verilən məlumata görə, dekabrın 6-da axşam saatlarında Quba rayonu Qaraçay kənd sakini İftixar Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək, həmkəndlisi Səhrab Baratovun ona məxsus “Samsung” markalı mobil telefonu məcbur aldığını, geri istədiyi zaman isə onu təhqir edərək yumruq zərbələri ilə xəsarət yetirdiyini bildirib.

Keçirilmiş tədbirlər nəticəsində Səhrab Baratov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Səhrab Baratov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talama) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR