İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamiləliyinin 8-ci ayında hamilə olduğunu öyrəndi

544 19.12.2018 05:08 Maraqlı A A

Britaniyanın Klakton-on-Si şəhər sakini doğumdan bir ay öncə hamiləliyindən xəbər tutub. Bu barədə “The Sun” nəşri xəbər verib. Şafran Hefferin 17 yaşı var və o, özünü aylardan zəif, halsız hiss edirdi. Həkimlər ona davamlı vitaminlər yazsalar da, onun vəziyyəti gündən-günə pisləşirdi. Bir neçə ay ərzində qız o qədər arıqladı ki, M ölçüsündən S ölçüsünə qədər düşdü. Menustrasiyanın kəsilməsini isə qız hormonal preparatların tətbiqi ilə əlaqələndirirdi. 

“Mən özümün qəfil şəkildə salata, çiyələyə və dondurmaya olan ehtirasımı onunla izah edirdim ki, mağazalarda onların satışı ilə bağlı tez-tez aksiyalar təşkil edilir”. Bunu deyən qız adi həyat tərzi keçirir, daim gəzir, idman zalına gedir və günəş vannası qəbul edirdi. Qızının hamiləliyini isə anası onun qarnında piqment ləkələr görəndə kəşf etdi. Heffer hamiləlik testi aldı və orada da onun hamilə olduğu üzə çıxdı.

Qız həkimə gedəndə ona bildirildi ki, uşaq kürəyini anasının qarnına tərəf çevirdiyi üçün ölçüləri tam şəkildə bəlli olmurmuş. Amma həkim dölü çevirəndən sonra uşağın ölçüsü qəfil şəkildə anasının qarnında böyüdü. Növbəti gün isə o, ilk dəfə bətnindəki dölün necə tərpəndiyini hiss edib.

Heffer iki həftə boyunca bu fakta necə yanaşacağını bilməyib, özünü sarsılmış hiss edib. Amma nəticədə belə qərara gəlib ki, güclüdür və hər şeyin öhdəsindən gələ bilər. “Mən güclüyəm və bunu bacaracam” - belə deyib.

Altı həftə sonra qız 3.6 kilo çəkisi olan uşağını dünyaya gətirib və onu Oskar adlandırıb. Hazırda onun 1.5 yaşı var və britaniyalı bilir ki, ona ana olmaq çox xoşdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR