İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdabda vəhşi heyvanlar yeniyetməyə hücum edib

1208 29.11.2016 18:16 Hadisə A A
Zərdabda vəhşi heyvanlar yeniyetməyə hücum edib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Məmmədqasımlı kəndində qeydə alınıb. Kənd sakini 2000-ci il təvəllüdlü Elvin Mobil oğlu Məmmədov otlaq sahəsində qoyun güdərkən çaqqalların hücumuna məruz qalıb. Sürüyə hücum edən çaqqallar E. Məmmədova qol və ayaq nahiyələrindən xəsarət yetiriblər.  Yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ona lazımı ilkin tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
 
Yerli sakinlər çaqqalların gündüz saatlarında hücum etməsinin nadir hal olduğunu deyirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR