İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Muradovun döyülməsini kimlər sifariş edib?

6383 26.03.2015 13:01 Hadisə A A
Müğənni Vüqar Muradovun Rusiyanın paytaxtı Moskvada vəhşicəsinə döyülməsi xəbəri mətbuatın gündəmini zəbt etdi.

Məlumata görə, ifaçı toy adı ilə Moskvaya dəvət alıb. Onu toya dəvət edənlər azərbaycanlılar olub və 1000 manat beh də verilib. Beh İlkin adlı köməkçisinə verilib.
 
Martın 23-də Moskvaya yola düşən Vüqar Muradov  təyyarədən endikdən sonra hava limanındaca quldur basqınına məruz qalıb. Müğənninin başına sılah tuşlayaraq, açıq sahəyə aparıblar və soyundurub, döyüblər. Vüqar 45 dəqiqə şaxtada açıq havada yerdə hərəkətsiz vəziyyətdə qalıb. 

V.Muradovun yaxın dostu, iş adamı, bəstəkar Ruslan Əhmədoğlu hadisənin təfərrüatları barədə lent.az-a açıqlama verib. 

Onun sözlərinə görə  ifaçını Moskvaya toya təklif edən şəxs azərbaycanlı prodüser olub: “Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? O da dedi ki, toyu mənə təklif edən şəxs aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə düşünmədən razılıq verdi. İndi biz aşıq Samirə ilə də əlaqə saxladıq. O, dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".  

R.Əhmədoğlu V.Muradovun döyülməsinin kim tərəfindən törədilə biləcəyi barədə ehtimallarını da qeyd edib: “Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, “Sən kimsən ki, İmişliyə sataşmısan?”

Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır. Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib və bu, kimlərinsə xoşuna gəlməyib, cavabında bu addımı atıblar. Onu döyən şəxslər hadisədən sonra verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar. 

Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq”.

Alınan xəbərə görə, artıq hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova olay barəsində məlumat verilib.  

Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradov hadisədən bir neçə saat əvvəl sosial şəbəkədə Moskvadan Azərbaycana salamlar göndərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR