İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda dəhşətli qəza - 23 yaşlı gənc dünyasını dəyişdi - VİDEO

3771 20.01.2017 19:01 Hadisə A A
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

ARB Şəki xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Rayonun Diyallı kənd sakini 23 yaşlı Nuğayev Seyran Bəhmən oğlu idarə etdiyi 31-BE-525 dövlət nömrə nişanlı “VAZ 21 015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, rayonun Diyallı kənd sakini, 23 yaşlı Şəmiyev Sənan Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Seyran Nuğayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR