İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza atanı oğuldan ayırdı - VİDEO

1982 23.01.2017 23:02 Hadisə A A
İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.

ARB Şəki xəbər verir ki, İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda baş verib.

Qəbələ rayon sakini 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı “QAZEL” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib və yük maşını yoldan çıxaraq çaya aşıb.

Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Avtomobildəki sərnişin, sürücünün oğlu 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ata və oğlu mal-qara alveri ilə məşğul olur və İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararakən hadisə baş verib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR