İnsanlara hürriyət, millətlərə istiqlal!

Çilingər təmir zamanı maşının altında qalaraq ölüb

1119 27.08.2016 20:43 Hadisə A A
Goranboy rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Dəliməmmədli şəhəri ərazisində avtomobil təmiri sexlərinin birində çilingər işləyən Ramiz Həsənov maşın təmir edərək ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhum təmirə dayandırılan maşını kustar üsulla hazırlanan daşların üzərinə çıxardaraq iş görmək istəyib. Bu zaman avtomobil daşların üzərindən 48 yaşlı ustanın üzərinə düşüb. Meyit aidiyyəti qurumlarda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR