İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır qəza: qadın sürücü maşının şüşəsindən çıxaraq divara çırpıldı (VİDEO, FOTO)

4210 29.02.2016 17:37 Hadisə A A


Bakıda zəncirvari yol qəzası baş verib, üç avyomonil toqquşub. 

Musavat.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomoil səbəb olub. Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb. 

Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol  kənarındakı divara  çırpılıb. Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR