İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər “İlham və Fərizə” aksiyasına start verdilər - VİDEO

4067 25.08.2014 13:07 Hadisə A A
20 Yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin qəbirlərinin təhqir edilməsi ölkə insanını sarsıdıb. 

Təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb. Ölkə vətəndaşları isə bu vandalizmə artıq öz etirazını bildirməkdədir.
 
Ölkənin aktiv gəncləri birləşərək, “İlham və Fərizə” aksiyasına start veriblər. Millətimizin ruhuna yönəlik xain qəsdə cavab vermək üçün onlar şəhidlərin məzarlarını ziyarət edib və özlərindən sonra hər biri 3 dostunu ziyarətə dəvət ediblər. Beləliklə, daha çox insanın Şəhidlər Xiyabanını ziyarət etmələri üçün aksiyaya başlayıblar.

Qeyd edək ki, layihənin ideya müəllifi və təşkilatçısı jurnalist Təranə Xudabaxşiyevadır.
Aksiyanın ilk mərhələsində QHT sədri Fuad Əsgərov, ekstrasens Həsən Həsrətli, dövlət məmuru Rövşən Məmmədov və jurnalist Mirvari Nəcəf iştirak ediblər.

Nəzərinə çatdıraq ki, hazırda vandalizm hadisəsinin təfərrüatları ilə bağlı araşdırma aparılır.
 
Fəridə Abdıyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR