İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

564 11.12.2018 22:42 Hadisə A A

Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi “VAZ- 21074” markalı "10-OF-694" dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahimqızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR