İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”

4473 28.04.2017 13:27 Son xəbər A A

Ölkə mətbuatında “Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb. Gununsesi.info saytının xəbərinə görə, Hacı İbrahim Nehrəmliyə məxsus “Rolls Royce” markalı avtomobil kreditdə olub. Sayt bildirir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb:

“Maşını almaq üçün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb”,- deyə məlumatda qeyd olunur.

Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib. O, musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:
“Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. “Rolls Royce” markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. “Rolls Royce” maşınımı da 2008-ci ildə nağd şəkildə almışam”.

Bank VTB (Azərbaycan) Musavat.com-a bildirib ki, bank tərəfindən girovda olan “Rolls Royce” markalı avtomobilin hərraca çıxarılması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu məlumatlarda adı çəkilən İbrahim İbrahimov bank VTB (Azərbaycan)-dan kredit götürməyib və heç vaxt bankın müştərisi olmayıb.  

Əli Rais

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR