İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı “Boeing”in necə vurulduğunu açıqladı

24211 19.07.2014 14:37 Gündəm A A
ABŞ kəşfiyyatı Malayziyanın “Malaysian Airlines” şirkətinə aid “Boeing-777” sərnişin təyyarəsinin Ukraynanın şərqində necə vurulduğuna dair bütün məlumatları əldə edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Fox News” telekanalına “Boeing”lə bağlı son kəşfiyyat məlumatlarına çıxışı olan mənbə məlumat verib. 

Kəşfiyyatdakı mənbə bildirib ki, separatçıların “Boeing-777”ni vurmaq üçün istifadə etdikləri “Buk-M” zenit-raket kompleksi (NATO klassifikasiyasında S-11) hadisədən bir neçə həftə əvvəl Rusiyadan Ukraynaya keçirilib. Təyyarənin vurulmasından sonra bu kompleks iyulun 17-dən 18-nə keçən gecə Rusiyaya qaytarılıb və hazırda da Rusiya ərazisindədir.

ABŞ kəşfiyyatındakı mənbə raketin separatçıların nəzarətində olan Snejnoye şəhərindən atıldığının müəyyən olunduğunu da bildirib. Kəşfiyyatdakı yüksək rütbəli mənbə deyib ki, ABŞ-ın kəşfiyyat cəmiyyəti raketin infraqırmızı vericiləri, trayektoriyası və elektron siqnalları, habelə digər metodların köməyi ilə onun haradan buraxıldığını müəyyən edib. Mənbə deyib ki, təyyarəni vurmaq üçün zenit-raket kompleksinin dörd raketindən ikisi istifadə olunub.

Həmçinin kəşfiyyat təyyarənin vurulması əmrinin “Donetsk silahlı qüvvələrinin komandanı”, QRU zabiti İqor Strelkov (Qirkin) tərəfindən verildiyinə dair dəlillərə malikdir. Ukrayna DİN-in açıqladığı telefon danışıqlarında Qirkin “Ukraynaya aid hərbi-nəqliyyat təyyarəsinin vurulması” barədə fəxrlə danışır, əslində vurulan Malayziya təyyarəsi olub. Məlumatlı mənbə bildirib ki, Qirkinin Moskva tərəfindən cəzalandırılacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR