İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan Azərbaycana siqaret və spirtli içkilərin keçirilməsinin qarşısı alınıb

474 26.03.2019 17:53 Ölkə A A

Gürcüstandan Azərbaycana siqaret və spirtli içkilərin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsinin salonunda və yük yerində gizlədilən 8200 ədəd "King", 800 ədəd "Kent" markalı siqaretlər, üzərində "Nemirovskaya" yazısı olan 16 ədəd 1 litrlik spirtli içkilər aşkar olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR