İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamentində gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb

357 12.12.2018 23:20 Dünya A A

Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi ilə bağlı səsvermə baş tutmayıb.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, buna qanunverici orqanda kvorumun təmin olunmaması səbəb olub.

Parlament sədri İrakli Kobaxidze bildirib ki, iclasda 69 deputat iştirak edib və buna görə, səsvermə baş tutmayıb:

“Həmkarlarımın məsuliyyətsizliyinə görə səsvermə bu gün olmayacaq”.

Qanunverici orqanda gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə sabah keçiriləcək.

Gürcüstan parlamentində səsvermənin baş tutması üçün ən azı 79 deputatın iştirakı tələb olunur.

Bundan əvvəl Gürcüstan Parlamentində deputatlar arasında dava düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR