İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdən qələbə xəbərləri

2390 13.03.2015 03:43 Güney hadisələri A A



Tehranın Qüds stadionunda bu şəhərin “RahAhən” komandası ilə Təbrizin “Traxtur” komandası arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un kəskin qələbəsi ilə sona çatıb. İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 23-cü həftəsində keçirilən oyunda “Traxtur” tərəfindən vurulan 3 qola, qarşı komanda heç bir qarşılıq verə bilməyib. Fərid Behzadi Kərimi 43, Mehdi Kiyani 85 və Edinyo 87-ci (penalti) dəqiqələrdə qol vuraraq “Traxtur”un kəskin qələbəsini təmin etdilər. Bununla da “Traxtur-RahAhən” oyunu 3 - 0 hesabı ilə sona çatıb. Bu nəticədən sonra “Traxtur” 44 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. GünAz.TV-nin məlumatına görə, Təbrizdə də azərbaycanlıları sevindirən növbəti nəticə qeyd alınıb. Təbrizin “Qostəreşe Fulad” komandası ilə Xuzistanın “Fulad” komandası qarşılaşıb. Bu qarşılaşma da Təbriz komandasının qələbəsi ilə yekunlaşıb. Cabir Ənsari 9 və 69 və Batistan 37-ci dəqiqədə “Qostəreşe fulad”ın vurduğu qollara “Fulad”ın oyunçusu Məhəmməd Qazi 72-ci dəqiqədə yalnız bir qolla cavab verə bilib. Bununla da oyun 3 - 1 hesabı ilə “Qostəreşe fulad”ın xeyirinə yekunlaşıb. Təbriz klublarının böyük uğuru böyük coşquya səbəb olub. 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR