İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli fəalın məhkəməyə verdiyi 300 milyon tümənlik zəmanət müsadirə edilir

534 14.07.2015 00:23 Güney hadisələri A A
2013-cü ildə Güneyli fəal Seyyid Taha Kirmaninin müvəqqəti olaraq azadlığa buraxılması üçün verilən 300 milyon tümən (təqribən 102 min Amerika dolları) məbləğində zəmanətin məhkəmə tərəfindən müsadirə edilməsi haqda qərar verilib.

Bu barədə İran İnqilab Məhkəməsi tərəfindən 13 il həbsə məhkum olmuş Taha Kirmaninin özü və onun vəkili Cəfər Əfşarniya sosial şəbəkələrdə məlumat yayaraq, zəmanətin müsadirə edilməsinin qanunsuz olduğunu vurğulayıblar.

Əfşarniyanın yazdıqlarına görə, “Kirmani haqqında çıxarılmış 13 il həbs cəzasının 10 ili ilə bağlı məhkəmə prosesi hazırda Apellyasiya Məhkəməsində davam etdiyi üçün qərar hələ qəti olmayıb. Qərar qəti olmadan zəmanətə  əl qoymaq İran qanunlarına ziddir.”

Yayılan məlumata görə, fəalın zamini Həmzə Kirmani zəmanətin müsadirə  edilməsinə etiraz etsə də, Təbriz Ümumi Cəza məhkəməsi qərarını qüvvədə saxlayıb.

Cəza məhkəməsinin 105-ci şöbəsinin sədri hakim Əli Əbdinin imzaladığı sənəddə deyilir:

“Seyyid Həmzə Kirmani ona verilmiş 20 günlük möhlət içində zəmanət etdiyi Seyyid Taha Kirmanini məhkəməyə təslim etmədiyi üçün 300 milyon tümənlik girovun zəbtinə dair qərar qüvvədə saxlanılır.”

Taha Kirmani məhkəmə sənədini Facebook səhifəsində nəşr edib.

Hüseyn Əli Məhəmmədi

Hüseyn Əli Məhəmmədi

Kirmani ilə bərabər 13 il həbs cəzasına məhkum olan digər fəal Hüseyn Əli Məhəmmədi hazırda Təbrizin Mərkəzi zindanında saxlanılır.

Ötən iyun ayında Amerikanın Səsinə müsahibə verən Taha Kirmani və Hüseyn Əli Məhəmmədi 13 il həbs cəzasına səbəb olan ittihamların əsassız olduğunu, göstərdikləri fəaliyyətlərin isə İran İslam Respublikası qanunları çərçivəsindən kənara çıxmadığını vurğulamışdı.

Hüquq müdafiəçilərinin yaydığı hesabatlarda hazırda bir çox güneyli fəalın yüksək məbləğdə zəmanətlər müqabilində müvəqqəti azadlıqda olduqları qeyd edilir. /Amerikanın səsi/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR