İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdəbil də ayağa qalxdı; İŞİD və Pejak əleyhinə yürüş-mitinqin qətnaməsində qəti tələblər var

2351 17.10.2014 23:09 Güney hadisələri A A

Güney Azərbaycanın Urmiyə şəhərində 16 oktyabrda terrora qarşı keçirilən etiraz aksiyasına Ərdəbildən də dəstək gəlib. Ərdəbilin “Şəhrdari” futbol komandasının Qumun “Səba Batri” takımı ilə keçirdiyi oyun qələbə ilə bitdikdən sonra azərbaycanlı milli-mədəni fəallar və Ərdəbilin qorxmaz gəncləri bu şəhərin əsas xiyabanlarında Urmiyədə terrora qarşı keçirilən etiraz aksiyasına dəstək verib. 

Onlar Qərbi Azərbaycanda PKK və Pjak kimi kürd terror qruplaşmalarının fəallaşmasına öz etirazlarını bildirib və şüarlar səsləndiriblər. İlk olaraq Səreyn meydanında toplaşan soydaşlarımız milli və mədəni zəmində şüarlar səsləndiriblər. Yerli əhali etirazçılara qoşulduqdan sonra onlar Şəriəti meydanı, Çaharrah, və sonra Pirə Təmlik meydanınadək irəliləyib. Gün.AzTV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri aksiyanın keçiriləcəyindən xəbərsiz olub, onlar xəbər tutduqdan sonra hadisə yerinə gəlib və etirazçılara hücum ediblər. Təhlükəsizlik qüvvələri ilə mədəni fəallar arasında qarşıdurma yaşanıb. Şahidlər bir neçə nəfərin tutulduğunu bildirir.

Hökumət qüvvələri qətnamənin oxunmasına da imkan verməyib. Qətnamədə Azərbaycan və xüsusi ilə Qərbi Azərbaycan Vilayətinin uzun müddətdir PKK və Pjak kimi terror qruplaşmaları və onların yanlısı kürd qüvvələrinin fəaliyyətləri məhkum edilib və həmin qüvvələrin Qərbi Azərbaycanda cəmiyyətin tərkibinin dəyişdirilməsi cəhdləri və Azərbaycan ərazilərini ələ keçirmə çabaları barəsində xəbərdarlıq edilib. Son zamanlar qonşu ölkələrdə qanlı hadisələr törədən İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə yanaşı kürd terrorçu qüvvələrinin aktivləşməsinin nigaranlığa səbəb olduğu da xüsusi vurğulanıb.
Sənəddə İŞİD terrorçuları və PKK-Pjak kimi kürd terrorçularının fəaliyyətləri qınanıb və qısa olaraq aşağıdakı tələblər irəli sürülüb:

1. Terrorçu qruplaşmalar və onların yanlıları məzhəb və irqi ayrıseçkiliklərə son qoymalı və məntəqədə bütün insanlar barış içində yaşamalıdır!

2. Siyasi və təhlükəsizlik qüvvələri PKK və Pjak terror təşkilatları və onların siyasi uzantılarının qarşısını almalıdır!

3. Terrorçu qruplaşmaların yanlıları və siyasi mafiyalar Suriya və İraq hadisələrini bəhanə edərək Urmiyə xiyabanlarında siyasi manevrlərə son qoymalıdır!

4. Terror qrupları yanlısı siyasi mafiyaya bağlı müəssisə və qurumların mədəni fəaliyyət adı altında  məzhəb və irqlər arasında nifaq salma cəhdinin qarşısı alınsın!

5. Bölgə iqtisadiyyatını müxtəlif yollarla iflic edib və terror qruplarını ayaqda tutan mafiyanın qarşısı alınsın!

6. İraqdan olan Kontrolsuz köçlər və mühacirlərin məskunlaşmasının qarşısı alınsın!

7. İran-İraq müharibəsi və körfəz savaşı zamanı İraqdan kontrolsuz bir şəkildə köç edənlər – hansı ki, məntəqənin demoqrafik tərkibində problemlərə səbəb olublar - öz yerlərinə qaytarılsın!

8. Anti-Azərbaycan projelər və məntəqə ərazilərini İraqdan Qərbi Azərbaycana gələn terror yanlılarına müqavilə ilə verilməsi dayandırılsın!

9. Uzun illərdir yanlış siyasətləri ilə məntəqədə siyasi və maliyyə mafiyasının inkişafına səbəb olan məsulların qarşısı məhkəmə vasitəsi ilə alınsın!
Qətnamənin sonunda bir daha İŞİD, PKK və Pjak kimi terror qruplaşmalarının fəaliyyətləri qınanıb və Azərbaycan xalqının sülh və barış tərəfdarı olduğu diqqətə çatdırılıb.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR