İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya səfirliyindən 90 milyonluq tualet açıqlaması

5256 06.05.2016 17:07 Gündəm A A


Yaponiyanın Azərbaycandakı səfirliyi Beyləqanda sanitar qovşağın istifadəyə verilməsi ilə bağlı KİV-də və sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Yaponiya səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edərək, bunların arasında məktəbdaxili sanitar təchizatının yaxşılaşdırmaq məqsədi ilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla şagirdlərin təhsilə həvəsi artıracaq psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq edərək həyata keçirir: “Bu məsələ ilə bağlı, təkcə sanitar qovşağı üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materilların satın-alınması aparılır. Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilir və bunun iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır. Yaponiya səfirliyi olaraq bununla bağlı müzakirələrin olduğunu qəbul edir və konstruktiv muzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsalanaraq Azərbaycan sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq, Azərbaycanı dəstəkləməyi davam etdirmək niyyətindəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR