İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada səsvermə keçirildi - VİDEO

617 26.09.2016 22:30 Gündəm A A
570-ə yaxın şəxs qeydiyyatdan keçib.

ARB 24 xəbər verir ki, səhhətində problem olan vətəndaşlar üçün səsvermə prosesi xəstəxanalarda aparılır. 22 saylı Nəsimi rayon seçki dairəsinin  30-31 saylı seçki məntəqələri 1 saylı Klinik Tibbi Mərkəzdə yerləşdirilib. Bəzi xəstələr məntəqəyə özləri gəlsələr də, vəziyyətləri nisbətən ağır olanlarının yanına daşınan qutu aparılıb.

Ambulator müalicə alan xəstələr məntəqəyə düşərək səs verdilər. 61 yaşlı ürək və şəkər xəstəsi Yusif Məmmədov kimi... 51 yaşlı Kifayət Allahverdiyeva 33 ildir ki, tibb bacısı kimi fəaliyyət göstərir. O, hər il xəstələrin səsverməsində məntəqə üzvlərinə kömək edib. İndi isə beyin infarktı keçirdiyindən özü səsini xəstəxanada verməli oldu. 30-31 saylı seçki məntəqələrinin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə ümumilikdə 570-ə yaxın şəxs qeydiyyatdan keçib. Seçki məntəqəsində gün ərzində səhhəti pisləşib, xəstəxanaya müraciət edənlər üçün də şərait yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR