İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan XİN: Suriya müxalifəti Astana danışıqlarına vahid lider olmadan qatılır

1045 23.01.2017 11:26 Gündəm A A
"Suriyalı müxalif qruplar Astana danışıqlarında vahid lider və koordinasiya edilmiş strategiya olmadan iştirak edir".
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib. O, görüşə 15 müxalif qrupun qatıldığını bildirib:  “Bunlar Rusiya və Türkiyənin aktiv təşəbbüsü ilə dekabrın sonunda atəşkəs rejiminin bərpa olunmasını dəstəkləyən təşkilatlardır. Suriya müxalifət qruplarının lideri hələlik müəyyənləşməyib, lakin hər qrup öz nümayəndələri ilə təmsil olunur. Burada heç bir adamın bütün müxalifət adından danışmaq hüququ yoxdur”.
 
R. Vasilenko Suriya müxalifəti ilə Suriya hökuməti arasında birbaşa danışıqların aparılıb-aparılmayacağının hələ ki məlum olmadığını söyləyib. O, danışıqların çətin olduğunu, lakin dialoqun baş tutacağına ümid etdiyini vurğulayıb.
 
Qeyd edək ki, Suriya münaqişəsinin həlli ilə bağlı beynəlxalq görüşün bu gün Astanada başlaması gözlənilir. Danışıqların əsas məqsədi dekabrın sonunda qəbul olunmuş atəşkəs rejiminin bir daha təsdiqlənməsi olacaq. Suriya müxalifəti və hökuməti, Rusiya, Türkiyə, İran, ABŞ və BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura görüşdə iştiraklarını təsdiqləyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR