İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD İstanbul terrorçusunun haqqını həm də qadınlarla ödəyibmiş...

503 19.01.2017 13:44 Gündəm A A
İstanbulda "Reina” gecə klubuna hücum edən terrorçu Abdulqədir Maşaripovla birgə həbs edilən 3 qadınla bağlı ilginc fakt ortaya çıxıb.

Türkiyə mətbuatı bildirir ki, istintaq zamanı 3 qadının Maşaripova “Reina” terrorunu həyata keçirdiyi üçün İŞİD tərəfindən hədiyyə edildiyi məlum olub.

Terrorçunun saxlanıldığı evdə aparılan axtarış zamanı qadınlardan biri Dina A. ilə dini nikahda olması haqda sənəd aşkar edilib.

Əfqanıstanla əlaqəsi araşdırılan Maşaripovun kompüter mütəxəssisi olduğu, Mosulda döyüşdüyü bildirilir. Eyni zamanda onun Özbəkistanda fizika üzrə ali təhsil aldığı məlum olub.

Qeyd edək ki, Yeni il gecəsi “Reina” klubuna təşkil edilən hücum nəticəsində 39 nəfər ölüb, 68 nəfər yaralanıb.(azvision.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR