İnsanlara hürriyət, millətlərə istiqlal!

III QRUP ÜZRƏ KEÇİD BALI 300-dən 250-yə SALINDI

17176 08.07.2010 09:03 Gündəm A A
Komissiyadan verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 33316 abituriyent sənəd vermişdi. Onlardan 31764 nəfəri imtahanda iştirak edib, 1552 abituriyent isə imtahanda iştirak etməyib. Test imtahanının nəticəsinə əsasən 8435 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş və ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
III ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.
TQDK-dan qəzetimizə verilən məlumata görə, bu il III qrup üzrə heç bir abituriyent maksimal balı toplaya bilməyib. Komissiyanın mətbuat sözçüsü Elnur Nağızadənin sözlərinə görə, ən yüksək nəticəni göstərən abituriyent 690 bal toplayıb: “Ötən il III qrup üzrə bir neçə nəfər 700 bal toplamışdı, amma bu il bu qrup üzrə maksimal bal toplayan olmadı”.
E.Nağızadə onu da bildirdi ki, imtahan müsabiqəsi zəif olub. Abituriyentlərin əksəriyyətinin az bal topladığını deyən TQDK rəsmisi onu da bildirdi ki, elə bu səbəbdən də III qrup üzrə keçid balı əvvəl elan edilmiş 300-dən 250-yə salındı.
Qeyd edək ki, hər il 100 tələbəyə prezident təqaüdü verilir. Təqaüd hər qrup üzrə maksimum bal toplayan 25 tələbəyə təyin edilir. Prezident təqaüdünün məbləği ayda 200 manatdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR