İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın Bakı-Berlin reysi indidən fiaskoya uğradı

9932 07.04.2015 08:20 Gündəm A A

Son iki həftədə isə sosial şəbəkələrdə bu mövzu xüsusən aktuallaşıb. İnsanlar bəzi uçuşların qiymətini digər aviaşirkətlərlə müqayisə edərək ortaya ilginc nəticələr qoyur. Bir neçə misalı yada salaq: 

Bakı - London 736 AZN (AZAL), Tiflis-London 401 AZN(LOT), 
Bakı-Frankfurt 766 AZN (AZAL), Tiflis-Frankfurt 280( LOT) 
Baki-Paris 594 AZN (AZAL), Tiflis-Paris 313 (MAU) 
Baki-Moskva 443 AZN(AZAL), Tiflis-Moskva 253 (MAU)  
Baki-Milan 395 AZN (AZAL), Tiflis-Milan 239 (Alitalia) 
Bakı-İstanbul 236 AZN (AZAL), Tiflis-İstanbul 152 (Pegasus) 

Daha bir ilginc yenilik isə mayın 2-dən etibarən istifadəyə veriləcək Bakı-Berlin reysi ilə bağlıdır. Bugünlərdə sosial şəbəkələrdə Berlinə Bakıdan yox, Tiflisdən uçmanın maddi baxımdan daha əlverişli olması ilə bağlı Meydan TV-nin hazırladığı bir sxem paylaşılmışdı. Orada qeyd edilib ki, AZAL şirkətinin Bakı-Berlin reysi ilə bilet 437. 83 AZN məbləğindədir. Halbuki Tiflis-Berlin reysi ilə, Pegasus şirkəti 128.50 AZN-ə bilet almaq mümkündür. 

Bunu etmək istəyən azərbaycanlılar qatarla 30 AZN ödəyib, Tiflisə gedə, 26.22 AZN-ə Tiflisdə bir gecə 3 ulduzlu hoteldə qala, 23.26 AZN-ə Tiflisdə 3 dəfə yemək yeyə, 23.26 AZN-ə Tiflisdəki kükürd hamamına baş çəkmək olar. Və bütün bunlar üçün biletlə birgə toplam 231.24 AZN ödəmək kifayətdir. Gördüyünüz kimi, Berlinə Bakıdan yox, Tiflisdən uçmaq birgünlük istrahət və yemək, hoteldə qalma xərcləri ilə birgə ikiqat ucuz qiymətə başa gəlir. 

“Yeni Müsavat” AZAL şirkətinin saytına daxil olub, may ayı üzrə Bakı-Berlin və Berlin-Baki reysinin qiymətləri  ilə maraqlanıb. Qiymətlərdən məlum olub ki, Bakı-Berlin reysi üzrə bilet qiymətləri günlərdən asılı olaraq, 392.33 AZN, 228.32 AZN, 437.83 AZN olaraq dəyişir. Berlin-Bakı reysi üzrə bilet qiymətləri isə 245.76 AZN, 466.67 AZN, 421.07 AZN-dir. 


AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a açıqlamasında dedi ki, onlar qiymət artımına yol verməyiblər. Bakı-Berlin-Bakı reysi üzrə bilet qiymətləri normativlərə uyğundur: “Azərbaycan Hava Yollarına məxsus təyyarələri nə Pegasus, nə də digər şirkətlərinki ilə müqayisə etmək olmaz. Bizim təyyarələrimiz daha komfortludur, servisimiz isə yüksək səviyyədədir. Biz biletlərin qiymətini artırmamışıq. Sadəcə, avro bahalaşdığı üçün ola bilər ki, fərqlə hiss olunsun”. 

Müsahibimiz dedi ki, son günlər mətbuatda AZAL-a qarşı kampaniyanın başlanmasını müşahidə edir və bunu doğru hesab etmir. AZAL rəsmisi dedi ki, hətta bəzi media orqanlarında “AZAL dövlət büdcəsini talayır” tipli yanlış məlumatlar yayılır və bununla da ictimaiyyəti aldadırlar: “Bunu yazanlar anlamırlar ki, AZAL özəl şirkətdir, dövlət büdcəsinin bu məsələyə hər hansı aidiyyəti yoxdur. MDB məkanında "Boinq 787" təyyarəsi ancaq bizdədir. Pegasusun təyyarəsi bizimki kimi ola bilməz. Texniki cəhətdən daha üstündür.  Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimiz hamısı təzədir”.


AZAL-ın sabiq prezidenti Ədalət Əliyev isə yaranmış bu vəziyyəti adi bir misalla təsnif etdi. Dedi ki, kimsə mələfə tikmək üçün öncə tikiş maşını almalıdır. Bu maşını 1000 manata da almaq olar, 2 milyon manata da: “Təbii ki, bu zaman hər iki maşınla tikilən mələfələrin qiyməti fərqli olacaq. İnsanlar da 1000 manatlıq maşınla tikilən mələfələrə üstünlük verəcəklər. Mənim bu situasiyaya uyğun başqa cavabım yoxdur”. 

Ə.Əliyev hesab edir ki, indiki halda monopoliyanın qarşısını dövlət qanunlar vasitəsilə almalıdır. Bundan başqa, neftin qiymətinin ucuzlaşmasını da nəzərə alanda bilet qiymətlərinin artırılmasında məntiq görmür: “Deyirlər ki, bizim təyyarələrdə təhlükəsizlik daha yüksək səviyyədədir və sair. Təhlükəsizlik məsələlərində tələb eynidir. İstəyir köhnə təyyarə olsun, istəyir yeni. O tələblərə bütün aviaşirkətlər eyni dərəcədə əməl edir. Yemək, servis məsələlərini önə çəkirlər. O yeməklərin toplam qiyməti nə qədər ola bilər? 10-12 dollar. Bu, qiymətlərin bu qədər yüksək olmasına səbəb olmalıdır?” 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR