İnsanlara hürriyət, millətlərə istiqlal!

AMERİKANIN SANKSİYALARI ÖLKƏMİZƏ DƏ ÇATDI

4541 03.10.2010 09:54 Gündəm A A
Ceyms SteynberqC.Steynberq həmçinin bəyan edib ki, ABŞ İranın enerji sektorunda işləyən 4 Avropa şirkətindən tezliklə bu ölkədə fəaliyyətlərini dayandıracağı halda təminat alıb. Bundan əvvəl ABŞ Konqresinin tətbiq etdiyi sanksiyalara əsasən İranın enerji sektoruna investisiya qoyan xarici şirkətlərə də Amerikada biznes fəaliyyəti göstərmək qadağan edilir. Dövlət katibinin müavininin bildirdiyinə görə, tezliklə İranı tərk etmək barədə təminat verən şirkətlər bunlardır: “Total” (Fransa), “Statoil” (Norveç), “Eni” (İtaliya), “Royal Dutch Shell” (Böyük Britaniya-Hollandiya). C.Steynberq bu addımın İranın enerji sektoruna sarsıdıcı zərbə vuracağını deyib.
Amerika rəsmisi bildirib ki, nüvə silahı əldə etməyə can atan İran dünyanın bir hissəsində sülhü və təhlükəsizliyi təhdid edir. Onun sözlərinə görə, Dövlət Departamenti hələ də İranın enerji sektorunda işləyən və bu ölkə ilə enerji sahəsində əməkdaşlıq edən xarici şirkətlər barədə araşdırmalarını da davam etdirir.
Sanksiyaya məruz qalan NİCO şirkətinin baş ofisi isə İsveçrənin Lozanna şəhərində yerləşir, lakin o, bütünlüklə İran Milli Neft Şİrkətinin mülkiyyətidir. C.Steynberq bildirib ki, NİCO İranın enerji sektorunda layihələrin maliyyələşdirilməsinə yüz milyonlarla dollar yatırıb. Sanksiyalar isə bu şirkəti beynəlxalq biznesdən təcrid etməyə yönəlib. NİCO-nun üç filialı var. Onlardan biri Londonda yerləşir və “Iranian Oil Company UK Ltd” adı altında qeydiyyatdan keçib. Digər ikisi - “Petropars” və “Petroİran” isə İranda fəaliyyət göstərir. Sanksiyalar NİCO-nun beynəlxalq enerji layihələrində iştirakını genişləndirməyə çalışdığı və enerji sektorunda qlobal oyunçuya çevrilmək cəhdləri fonunda tətbiq edilir.
Məlumatlara görə, NİCO həm də İrana benzin idxal edən əsas şirkətlərdən biridir. Şirkət bu əməliyyatları İran Milli Neft Şirkəti (National Iranian Oil Company - NIOC) adından həyata keçirir. NİCO şirkətinin tankerləri Azərbaycan, Türkmənistan və Qazaxıstandan xam neft alaraq Xəzər dənizi vasitəsilə İran sahillərinə çatdırır. Paralel olaraq Fars körfəzinə bu ölkələrdən aldığı neftə adekvat həcmdə neft çıxararaq onların adından satır. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin işi dayananda Azərbaycan məhz bu şirkət vasitəsilə Xəzər dənizindən neft nəqlinə başlamışdı. Bu marşrutla neft nəqli hazırda da davam edir. Əməliyyatlar ARDNŞ-lə ortaq şəkildə həyata keçirilməkdədir.
Digər tərəfdən, NİCO “Şahdəniz” qaz yatağında da 10 faizlik paya malikdir. Şirkət Azərbaycandan qaz alaraq İrana da idxal edir. Həmçinin İran şirkəti nəhəng ehtiyatlara malik “Şahdəniz-2" layihəsində daha böyük paya sahib olmağa can atırdı. Ekspertlər təxmin edir ki, ABŞ-ın sanksiyalarının təsiri altında qalan NİCO şirkətinin ”Şahdəniz" konsorsiumunda fəaliyyəti sual altında qala bilər. Çünki konsorsiumun digər ortaqları -bp (operator - 25,5 faiz), “StatoilHydro” (25,5 faiz), SOCAR (10 faiz), “LUKoil” (10 faiz), “Total” (10 faiz) və TPAO (9 faiz) ABŞ-ın qadağalar qoyduğu bu şirkətlə ortaqlığa yenidən baxa bilərlər. Onu da xatırladaq ki, ABŞ-ın İranla enerji sektorunda əməkdaşlıq edən xarici şirkətlərin, o cümlədən ARDNŞ-in fəaliyyətini izlədiyi hələ bir neçə ay əvvəldən məlum idi.
Xatırladaq ki, İranın “Bank Melli-İran” bankının Bakı filialı da ötən ay Amerikanın sanksiyalarının təsir dairəsinə düşüb. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi və Dövlət Departamenti bəyanat yaymışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR