İnsanlara hürriyət, millətlərə istiqlal!

“5 QƏPİK” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ 13 NÜMAYİŞÇİNİN CƏRİMƏSİ ÖDƏNİLDİ- VİDEO

2290 30.01.2013 21:12 Gündəm A A

Buna cavab olaraq, vətəndaş cəmiyyəti fəalları cərimələrin ödənilməsi məqsədilə “5 qəpik” aksiyası elan ediblər. İctimaiyyət çağırışa cavab verib və son həftələr ərzində “Müsbət dəyişiklik” QHT-yə insanlar 13 min manatdan çox vəsait gətirib.
Lakin 14 fəal cərimələri ödəməkdən imtina edərək, hüquqlarını müdafiə edəcəklərini bildiriblər. Daha iki fəal özləri cəriməni ödəyib və pul onlara verilib, deyə “Müsbət dəyişiklik” QHT-nin rəhbəri Nərmin Rəhimli Turan-a bildirib.
Qalan 5000 manatdan artıq vəsait şəhid ailələrinə veriləcək, deyə Rəhimli bildirib.
Xatırladaq ki, “5 qəpik” aksiyasında mindən çox insan iştirak edib. Bu aksiya çox uğurla baş tutub. İştirakçıların əksəriyyəti 5 qəpikdən daha çox vəsait verib.
Əsas məbləği kiçik dəyərli sikkələr təşkil edib və pul dolu çantaların ümumi çəkisi 40 kq-a yaxın olub.
 ***              ***

"5 qəpik"lə 13 nəfərin cəriməsi ödənilib - bu 13 nəfərin 5-i tələbə olduqlarından adlarını açıqlamaq istəməyiblər. Digər 8 nəfər isə bunlardır:

1. Arif Balayev - 450 AZN - AXCP
2. Babək Həsənov - 600 AZN  -AXCP
3. Eltac Əlisoy - 300 AZN - AXCP
4. Həmid İsayev - 500 AZN - Müstəqil
5. Məhəmməd İbrahim- 500 AZN - AXCP
6. Rail Abbasov - 300 AZN - MD
7. Tural Həsənzadə -600 AZN-AXCP
8. Türkel Azərtürk- 600 AZN -AXCP

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR