İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclər arasında dini radikalizmin qarşısının alınması və gender bərabərliyinin möhkəmləndirilməsi” layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR, VİDEO

2843 07.01.2018 16:42 Proje A A

Bu gün Dünya Abbaslının Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında dini radikalizmin qarşısının alınması və gender bərabərliyinin möhkəmləndirilməsi” layihəsi” çərçivəsində yekun tədbir keçirilib.

30-dan çox gəncin qatıldığı tədbiri giriş sözü ilə layihə rəhbəri Dünya Abbaslı açaraq, qonaqlara layihə ilə bağlı məlumat verib və mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, 3 aylıq layihə 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə 4 tanınmış ekspertlə videomüsahibə alınıb, veriliş hazırlanaraq musavat.com saytında yayımlanıb. İkinci mərhələdə Bakı və Bakıətrafı kəndlərdə yaşayan 300 nəfər gənc arasından dini radikalizm və gender münasibətləri mövzusunda sorğu keçirilib. Üçüncü mərhələdə isə layihənin yekun tədbiri baş tutub.



Layihədə qoyulan problemin hazırda cəmiyyətin ən böyük bəlası olduğunu vurğulayan Dünya Abbaslı gənclərin hər iki mövzuda maarifləndirilməsinə çox böyük ehtiyac olduğunu və layihənin bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri olduğunu qeyd edib.

Daha sonra söz alan layihənin eksperti Günay Hüseyn 300 nəfər arasında keçirilən sorğunun nəticələri haqqında məlumat verib, cəmiyyətdə dini radikalizm bəlasının yaratdığı problemlərə toxunub. Çıxışında gender problemlərində də bəhs edən layihə eksperti idarəetmənin yüksək vəzifələrində qadınların təmsil olunmamasına toxunub və burada cəmiyyətdə mövcud olan stereotiplərin də rol oynadığını qeyd edib.



Tədbirdə çıxış edən şərqşünas Pərviz Ağazadə, “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə və “Yuva” İctimai Birliyinin üzvü Səbinə Nəbizadə və digərləri dini radikalizmin cəmiyyətə vurduğu ziyandan, eləcə də gender münasibətlərinə təsirindən danışıblar. Sonda mövzu gənclərin müzakirəsinə verilib və iştirakçıların çıxışları ilə davam edib.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Məğrur MƏRD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR