İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə şagirdlər arasında dava - Xəsarət alan var

505 16.04.2024 16:53 Hadisə A A

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Musavat.com-a bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

"Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR