İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə saatlarında şiddətli atışma başladı: çox sayda ölü var - İRANDA NƏ BAŞ VERİR... VİDEO

5602 04.04.2024 03:55 Son xəbər A A

İlk yayın vaxtı 03:04

"Ceyş əl-Ədl" silahlı qruplaşması İslam İnqilabı Keşikçiləri Korpusunun Raskdakı silah anbarlarını ələ keçirib. 

Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, “Ceyş əl-Ədl” silahlı təşkilatı Raskdakı SEPAH-ın silah anbarını ələ keçirdiyini açıqlayıb.

Həmçinin Çabahar xəstəxanasında onlarla hərbi xidmətçiyə "Ceyş əl-Ədl" qruplaşması tərəfindən hücum edilib. Bu barədə silahlı qruplaşma özü məlumat yayıb. 

Hərbi qərargaha kömək üçün göndərilən hərbi qüvvələr yolun ortasında silahlı şəxslər tərəfindən hədəfə alınıb. 

“Ceyş əl-Ədl” təşkilatı açıqlamasında həmçinin bildirib ki, onlarla hərbçi Çabahar xəstəxanası yaxınlığında əvvəlcədən qurulmuş pusquya düşərək ölüb. 

Qeyd olunur ki, Çabahardakı qarşıdurma həmçinin bu şəhərdəki SEPAH qərargahına qədər uzanıb və intensiv atışmalar davam edir. 

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR