İnsanlara hürriyət, millətlərə istiqlal!

RUSİYADAN T-90S TANKLARI ALIRIQ

9345 11.02.2012 05:43 Gündəm A A

Məlumatda bildirilir ki, 2011-ci ildə Azərbaycan Müdafiə Nazirliyi və «Rosoboroneksport» şirkəti arasında T-90S əsas döyüş tanklarının alğı-satqısına dair müqavilə bağlanıb. Lakin müqavilənin detalları, tankların sayı və çatdırılma müddəti barədə açıqlama verilməyib.
«Rosoboroneksport» şirkəti Azərbaycanla yanaşı, Türkmənistanla da T-90 seriyalı tankların alğı-satqısına dair müqavilə imzalayıb.
Qeyd edək ki, T-90 tankları «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. (APA).
Azərbaycanla-Ermənistanın hərbi güclərinin son müqayisəsində ölkəmizin 339 tank (T-55 və T-72) tanka sahib olduğu göstərilmişdi. Düşmən ölkənin isə 110 (T-54, T-55 və T-72) tankı var.
Qeyd edək ki, Vyetnam, Zimbabve, Banqladeş, Əfqanıstan, Geniya, Bolqarıstan və Ermənistan ordularında istifadə olunan T-54 tankları 1947-ci ildə istehsala başlayıb. Müasir hərb sənayesinin imkanları ilə müqayisədə çox zəif göstəricilərə malik olan bu tanklar düz yolda saatda 50 km/saat sürətə və 400 km-lik yanacaq tutumuna malikdir. Taktiki-texniki xassələrinə gəldikdə isə 4 nəfərlik heyəti olan T-54 43 ədəd döyüş sursatı olan 1 ədəd 100 mm-lik D-10T topu, 1 ədəd DŞK pulemyotu, və 2 ədəd Kalaşnikov pulemyotuna malikdir. Topunda avtomatik kontrol olmadığından yalnız dayanan halda dəqiq atəş aça bilir. Hazırda bu müasir hərb maşınları ilə müqayisə olunmayacaq dərəcədə zəif göstəricidir. Məsələn T-90 tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2А46М-5 topu (T-54-dəki D10 topu əl ilə dolubdurulub-boşaldılır) TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik müsair mərmilər ata bilir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır.
Döyüşlərin taleyində önəmli rol oynayan bu zirehli texnikanın kəmiyyətinə görə Azərbaycan Ermənistandan 3 dəfədən çox güclüdür. Bundan başqa ordumuz təkcə kəmiyyət deyil həm də keyfiyyət baxımından düşməndən çox-çox irəlidədir. Bütün sadaladıqlarımız nəzərə alsaq, üstünlüklərimiz gözlənilən müharibədə qələbə həsrətimizin çox çəkməyəcəyini göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR