İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX terorçuları maliyyələşdirənləri belə ələ keçirdi - ANBAAN VİDEO

1010 01.04.2024 19:34 Hadisə A A

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Crocus City Hall"a hücum edən terrorçuları maliyyələşdirən yaraqlıların saxlanmasının videosunu nümayiş etdirib.

Dağıstanda şübhəlilərin xüsusi təyinatlılar tərəfindən ələ keçirilməsinin çəkilişini "SHOT" teleqram kanalı yayıb.

Görüntülərdə təhlükəsizlik qüvvələrinin yaraqlıları saxladığı görünür. Mənzildən eyni zamanda silah da tapılıb.

Tutulan şəxslərdən biri martın 22-də "Crocus City Hall"-a hücum edən terrorçulara Mahaçqaladan silah çatdırdığını etiraf edib. O və əlaltıları terror aktının maliyyələşdirilməsində də iştirak ediblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR