İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB Rusiyanın kiberhücumunu təsdiqlədi

2661 30.12.2016 19:38 Gündəm A A
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu (FTB) ötən gün Rusiyanın zərərli kiber aktivliyi barədə birgə hesabat dərc edib.

Axar.az xəbər verir ki, 13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub. Məlumata görə, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib.

Rusiyalı hakerlər 2015-ci ilin yayında və 2016-cı ilin yazında adı çəkilməyən siyasi partiyaya qarşı iki hücum reallaşdırıblar.

Sənəddə qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan hakerlər başqa vaxtlarda da ABŞ-a qarşı hücumlar törədiblər. Sonuncu hücum isə 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib.

Hesabatda Rusiya ilə əlaqəsi olduğu ehtimal edilən əlliyədək haker qrupunun adı açıqlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR