İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan İrana NÜVƏ ZƏRBƏSİ –Bəşəriyyətin məhvinə səbəb ola biləcək QƏRAR

901 17.04.2024 11:05 Siyasət A A

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyünü istisna etməyib. O, “LCI TV”yə müsahibəsində deyib ki, bütün diplomatik vasitələr tükəndiyi halda, Tehranın öz nüvə silahına malik olmasını gözləmədən Paris belə bir addım atmalıdır. Sabiq məmurun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vura biləcəyi ideyası nəzərdən keçirilməlidir. Manuel Vals vurğulayıb ki, Fransa maraqlar və narahatlıqlar haqqında əvvəlkindən daha çox düşünməlidir. O, həmçinin Parisi hərbi münaqişəyə cəlb oluna biləcəyi ehtimalına hazırlaşmağa da çağırıb.

Fransanın İrana nüvə zərbəsi endirməsi nə dərəcədə realdır? Nə üçün Fransa İranı bu cür təhdid edir? Bununla Fransanın məqsədi nədir və bu ölkə hansı münaqişəyə cəlb oluna bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri deyib ki, Fransada hökmü baş nazirlər deyil, prezidentlər verir.

O, Manuel Valsın sabiq bir baş nazir olduğunu xatırladaraq, eks-məmurun dediklərinin Fransa dövləti adına qiymətləndirilməsini doğru hesab etməyib: “Hazırda Fransanın böyüklüyünü göstərmək üçün Manuel Valsın daha çox boğazdan yuxarı, başından böyük danışmağa üstünlük verməsi, dolayısı ilə özlərinin qeyri-ciddiliyini ortaya qoyur. Nüvə silahının istifadəsi bu gün bütün dünya dövlətləri tərəfindən beynəlxalq səviyyədə qəbul oluna bilməz. Kimin istifadə edib-etməməsindən aslı olmayaraq, bu, bütövlükdə insanlığın məhvinə gətirib çıxarar. Ona görə də, bu barədə danışmaq, fikir söyləmək mümkün olsa da, bu, qeyri-ciddi siyasətçilərin işidir. Söhbət nüvə silahının tətbiqindən gedirsə, bu, kütləvi qırğın silahı olmaqla bərabər, onilliklər boyu bir etnosun gələcəyini tamamilə məhv edə biləcək bir şərait və mühit yaradır. Məsuliyyət daşıyan bir şəxs heç bir zaman bu cür ifadələrə imkan verməz”.

Politoloq vurğulayıb ki, Fransa İrana nüvə bombası atacaq ən axırıncı ölkədir: “Fransa 1979-cu ildə Xomeyni rejiminin yaradılmasında birvasitə iştirak edən bir dövlət kimi, bu günə kimi də Qərb-İran arasında münasibətlərin tənzimlənməsində açar ölkələrdən olub. Bu, hələ də belədir. Bu səbəbdən də Manuel Valsın məlum açıqlamasını ciddi qəbul etmək lazım deyil. O, hansısa şəbəkələrin maraqlarını ifadə edə bilər, lakin bunu kimsə ciddi qəbul etməz. Çünki, nüvə silahı yalnız Fransaya aid silah deyil. Bu gün dünyada bir çox ölkələr, o cümlədən Rusiya, Çin, Hindistan, Pakistan, ABŞ və Qərbdəki digər dövlətlər də bu silaha sahibdirlər. Ona görə də tarazlıq hər zaman yaradılmalı və nüvə silahı daha çox çəkindirici rolda iştirak etməlidir. Əks halda bu, digər silahların partlamasına səbəb olar və bəşəriyyətin məhvinə gətirib çıxarar. Bu baxımdan Manuel Valsın söylədiklərini məsuliyyətsiz çıxış kimi dəyərləndirirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR