İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hətta planetə rəhbər seçilsə belə...

514 25.01.2022 10:10 Yazarlar A A

Fransanın Avropa İttifaqına rəhbərlik edəcəyi haqqındakı xəbərlər yenidən Azərbaycan-Fransa əlaqələrini gündəmə gətirdi, çünki bu ölkə hələ də formal olaraq Minsk Qrupunun üç həmsədrindən biri olaraq qalır.

Biz dedik ki, Fransa formal olaraq Minsk Qrupunun həmsədrlərindən biri kimi qalır, çünki İkinci Qarabağ savaşından sonra rəsmi Bakının mövqeyi belədir ki, daha prosesin Minsk Qrupu tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur, çünki münaqişə artıq tənzimlənib bitib və daha gündəmdə Dağlıq Qarabağ münaqişəsi adlı problem yoxdur.

Amma bu, Fransanı qane etmir. Nisbətən passiv ABŞ-dan fərqli olaraq bu ölkə belə hesab edir ki, proses hələ bitməyib, həmsədrlər regiona səfərlər etməli, əvvəlki vaxtlarda olduğu kimi tərəflərin rəhbərləri ilə görüşlər keçirməlidirlər. Üstəlik, Paris təkcə belə tələblərlə çıxış etməklə kifayətlənməyib, İkinci Qarabağ savaşından ötən bir il ərzində suyu bulandırmaq üçün əlindən gələni edibdir. Fransanın bu fəallığını siyasi analitiklər ölkədə keçiriləcək prezident seçkilərilə izah edirlər. Amma bizə elə gəlir ki, Parisin çabaları heç də mövsümü xarakter daşımır, çünki bu ölkədə böyük erməni diasporu var və ölkə ermənipərəst bir dövlət hesab edilir ki, bunu biz onun üç həmsədrdən biri olmasına razılıq verən ki, bilməliydik.

İndi belə fikirlər səslənir ki, Bakı üçlü həmsədrlik institutuna son vermək üçün diplomatik səylərə başlamalıdır. Bir az əvvəldə dedik ki, Bakı artıq həmsədrlərin xidmətindən imtina edib və bunu bir neçə dəfə açıq bəyan edib. Dəfələrlə deyilib ki, həmsədrlərin regiona səfərlərinə ehtiyac yoxdur, o ki qaldı Fransa ilə ikirtərəfli müzakirələrə, Bakı onun da prosesə marağını təmin etməyə çalışıb və çalışır.

Fransa prezidentilə Azərbaycan Prezidenti arasında dəfələrlə telefon danışıqları olub, sonuncu dəfə isə ötən ilin dekabr ayında Fransa prezidenti Şərq Tərəfdaşlığı üzrə Brüssel sammitində Azərbaycan və Ermənistan prezidentlərilə ikitərəfli, daha sonra Ermənistan prezidentilə təkbətək görüşlər keçirmişdi. Doğrudanmı bunlar Fransa prezidentinin prosesə marağını qane etmək gücündə deyildir?

Məsələ bundadır ki, Parisin iddiaları tamam başqadır. Onlar həmsədrlərin otuz illik regional turlarının davam etməsində maraqlıdırlar. Bu isə münaqişənin uzanması deməkdir ki, Fransa məhz bunu istəyir. İndiki mərhələdə isə onlar Dağlıq Qarabağın “statusu” ilə bağlı müzakirələr açmaqda maraqlıdırlar. Bəs Rusiyanın mövqeyi nədir?

Əslində rəsmi Moskva digər iki həmsədrin prosesə qayıtmasında qəti maraqlı deyil. Amma yeri gələndə Bakıya qarşı bundan da təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Rusiya XİN-nin təmsilçiləri vaxtaşırı həmsədrlərin regiona səfərlərini bərpa etməyə səsləyirlər.

Çox maraqlıdır ki, hazırda ABŞ-la Rusiya az qala biri-birilə müharibə həddindədir. Bu günlərdə ABŞ diplomatları belə bəyan etdilər ki, Rusiya ilə indiki danışıqlar növbəti dünya müharibəsinin qarşısını almaq üçün lazımdır. Əlbəttə, burada bir azca şişirtmə də var, amma Vaşinqton ciddi şəkildə Moskvanı dünya üçün, konkret halda isə, Ukrayna üçün təhlükə qismində görür və belə hesab edir ki, Rusiyanın Ukraynaya müharibə açması tamamilə realdır.

Belə olan halda, Dağlıq Qarabağ məsələsində ABŞ-la Rusiyanın əməkdaşlığı necə mümkün olur? Bunun özü bir absurd deyilmi? Yoxsa ABŞ Cənubi Qafqazda da Rusiyanın Ermənistan üçün təhlükə və təhdid olduğunu düşünür? Bələ təqdirdə Yerevanın MDB, KTMT və Avrasiya Birliyi kimi təşkilatların üzvü olmasını necə yozaq?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR